Bakıda müasir incəsənət muzeyi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır.

Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avangardıın ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələrç axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. Incəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.Muzeydə Azərbaycan realist incəsənətinin həmin dövrdə yaşayıb-yaradan klassiklərin – Tahir Salaxov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov və başqaların əsərlərindən ibarət kolleksiya da təqdim edilmişdir. İlk yaradıcılıq işartıları kimi uşaq təsviri sənət nümunələrinə də yer ayrılmışdır.